Robert Bresson: Kinematoqrafın qeydləri


* Səhvlərdən və toplanmış yalanlardan azad olun. Güclü tərəflərinizi anlayın, onları idarə etməyi öyrənin.
* Gücünüzdən istifadə etməyiniz gücünüz çoxaldıqca azalır.
* Dəqiqliyi idarə edin. Özünüz dəqiqlik alətinə çevrilin.
* İfaçı olmayın. Hər çəkilişdə təsəvvürünüzü təəcübləndirən yeni şeylər tapıb, tətbiq edin. Davamlı yaradılış, daim axtarış.
* Rejissor və ya idarəçi kimlərisə idarə edən demək deyil, özünü istiqamətləndirməkdir.
* Aktyor – YOX! Rol – YOX! Mizansəhnə – YOX! Həyatda olan modellərdən istifadə etmək. GÖRÜNMƏK (aktyorluq) OLMAQ (həyatdan götürülmüş model)!
* Modellər – çöldən içə hərəkət edir. Aktyorlar – içdən çölə.
* Vacib olan göstərdikləri deyil, gizlədikləridir. Xüsusən də özlərinin belə təsəvvür etmədikləri sirrlər.
* Modellərimlə aramda telepatiya var.
* Səsli kino qapılarını özünə yer edib, ətrafını tikanlı məftillərlə saran teatra açır.
* İki cür film var: teatr avadanlıqlarından istifadə edib, kameranı istehsalçı kimi istifadə edən film və kino avadanlıqlarından istifadə edib, kameranı yaratmaq kimi istifadə edən film.
* Kinematoqraf – rəsmlər və səs vasitəsi ilə hərəkət edən məktubdur.
* Kino aktyoru yad ölkə vətəndaşdır. O dil bilmir.
* Filmdəki həyatı təqlid edən bu təbii teatr tonundan, öyrənilən
hisslərin izindən daha saxta heç nə yoxdur.
* Kinematoqrafiyada deyilən ifadədən, edilən jestdən daha təbii bir şey axtarmağın mənası yoxdur; bu absurddur.
* İnsan təbiətinə ondan daha çox toxunulmazlıq gözləmədən hörmət edin.
* Hər ikisini də məhv etmədən teatrla kino arasında evlilik yoxdur.
* Kadrın digər kadra çevrilməsi, bir rəngin digər rəngə çevrilməsi kimi baş verməlidir. Mavi yaşıl, sarı, qırmızı yanında dəyişir. Dəyişməyən sənət yoxdur.
* Əsl kino nə teatr, nə roman, nə də rəsm ola bilər. (Kinonun öz vasitəsi ilə tutduğu şey, teatrın, romanın, rəsmin öz vasitəsi ilə tutduğu şey ola bilməz.)
* Ayrıca çəkilən görüntü bir şeyi açıq şəkildə ifadə edərsə, təfsiri varsa, digər görüntülərlə təmasda dəyişməz. Digər görüntülərin üzərində heç bir güc olmayacaq və digərləri üzərində heç bir gücə sahib olmayacaq. Nə hərəkət, nə də reaksiya. (Sistem hər şeyi tənzimləmir. Bir şeyin başlanğıcıdır.)
* Bir filmi montaj etmək – insanları bir-birinə və hadisələrə baxış açısı ilə bağlanmaqdan ibarətdir.
* Bir-birlərinin gözlərinə baxan iki insan gözləri deyil, baxışları görər.
* Filmim ilk olaraq başımda doğulur, kağız üzərində ölür; canlı insanlar və istifadə etdiyim real obyektlər vasitəsilə dirilir; onlar da öz növbəsində lentdə öldürülürlər, lakin müəyyən bir qaydada düzülüb ekrana yansıtılaraq suda çiçəklər kimi canlanırlar. (Qeyd. Birini lentə almaq ona həyat vermək demək deyil. Aktyorlar əsəri canlandırdıqları
məhz yaşadıqları üçündür.)
* Birinin alternativ olaraq Attila, Məhəmməd bank işçisi, xərrat olduğunu qəbul etmək, X -in oynadığını qəbul etməkdir. X -in aktyor olduğunu qəbul etmək, oynadığı filmlərin teatrdan qaynaqlandığını qəbul etməkdir. X -in oynadığını qəbul etməmək Attila = Məhəmməd = bank məmuru = odunçu olduğunu qəbul etməkdir, bu absurddur.
* X filmi zamanı alqışlar. Qarşısıalınmaz “teatr” təəssüratı.
* Model. Mistik görünüşü ilə bağlıdır. Çöldəki hər şeyi özünə çəkib. O, bu alnın, bu yanaqların arxasındadır.
* Yaratmaq insanları və əşyaları deformasiya etmək və ya yenidən kəşf etmək deyil. Mövcud olduqları üçün aralarında yeni bir əlaqə yaratmaqdır.
* Bir skripka kifayət olduqda, ikisi istifadə edilmir. Vivaldi.
* Çəkiliş : Güclü bir cahillik və maraq vəziyyətində olmaq, təxmini hər şeyi anlamaqdır.
* Uğur nə qədər çox olarsa, bir o qədər uğursuzluqla həmsərhəddir.
* Kinematoqrafiya, hərbi sənətdir. Döyüş kimi bir film çəkin. (Qeyd. Gecə oteldə Napoleonun: “Mən döyüşlərimi yuxuda olan əsgərlərimin düşüncələri ilə planlaşdırıram” sözləri məni heyrətləndirdi)
* Dürüst və yalançıların qarışığı yalan verir (çəkilmiş teatr və ya KİNO). Yalanlar homojen olmaqla həqiqət verə bilər (teatr).
* Müşayiət edən, dəstəkləyən və ya gücləndirən musiqi yoxdur. Ümumiyyətlə musiqi yoxdur. (Qeyd: Əlbəttə ki, görünən alətləri olan musiqi istisna olmaqla).
* Səslərin musiqiyə çevrilməsi lazımdır.
* Sizə kinematoqrafiya haqqında yüksək fikir verəcək bir filmi yaxşı adlandıracaqsınız.
* Görüntünün mütləq dəyəri yoxdur. Təsvirin və səsin gücü və dəyəri yalnız onları nəzərdə tutduğunuz yerə bağlıdır.
* Ürəyinizi və ruhunuzu hiss etdiyiniz filminiz əl işi olaraq qalır.
* Heç bir şeyin olmadığı yerdə, amma hər sözün, hər baxışın, hər jestin dərinliyi olduğu yerdə.
* Anları tutmaq. Spontanlıq, təravət deməkdir.
* Hər hansı bir sənətdə, sənətin özünün əksinə dağıdıcı təsir göstərən şeytani bir prinsip var. Eyni şey kinoda da istisna deyil.
* Nə kinematoqrafsan, nə rejissor! Film çəkən zaman film çəkdiyini unut!
* İmprovizasiya edərkən uçuram, ifa edərkən düşərəm.
* Filminizi özünüzdən hazırladığınız şeylər xaricində düşünməyin.
* İstəyinizi araşdırın. İçəridə nə olduğuna baxın. Bunu sözlə izah etməyin. Əlaqəli şəkillərə, oxşar səslərə ifadə edin. Nə qədər təmiz olsa, üslubunuz bir o qədər inandırıcıdır. (Stil: texniki istisna olmaqla hər şey.)
* Göz tamamilə tabedirsə, eşitmə qabiliyyətinin verəcək çox az və ya heç bir şeyi yoxdur (və əksinə). Eyni anda bütün qulaq və bütün göz ola bilməzsən.
* Səs heç vaxt görüntüyə kömək etməməlidir və görüntü heç vaxt səsə kömək etməməlidir.
* Səs görüntü üçün zəruri bir tamamlayıcıdırsa, ya birinə, ya da digərinə üstünlük verməlisiniz. Bərabərlikdə rənglər kimi bir-birlərini öldürürlər.
* Ağıldakı reallıq artıq reallıq deyil. Gözümüz çox düşüncəlidir, çox ağıllıdır.
* İki növ reallıq var: 1) kameranın çəkdiyi xam reallıq; 2) reallıq dediyimiz şey, yaddaşımız və yalan hesablamalarımız nəticəsində deformasiyaya uğramış.
* Filminiz bir şəhər, kənd, ev və s. kimi gözəl və kədərli olacaq, amma bir fotoşəkildəki şəhər, kənd, ev kimi olmayacaq.
* Reallığın hərəkəti xoşbəxt edir: atlet, quş, at.
* Sənət canlılarla və bütün sənətdən və xüsusən də dramatiklikdən təmizlənmiş əşyalarla alınır.
* Görüntülər və səslər gözlərinizin önündə, qulağınızda anidən yaransın. Ədəbiyyatçının ağlına gələn sözlər kimi…
* İki sadəlik. Pis: ilkin sadəlik, çox erkən. Yaxşı: Ümumi sadəlik, illərlə çəkilən zəhmətin mükafatı.
* Rolunu öyrənən aktyor, əvvəlcədən bilinən (mövcud olmayan) müəyyən bir “mən”in varlığını nəzərdə tutur.
* Reallıq dramatik deyil. Dram, dramatik olmayan elementlərin müəyyən bir gedişindən ortaya çıxır.
* Filminiz gözlər üçün gəzinti deyil, onlara nüfuz etmək, orada tamamilə udulmaq üçündür.
* Aktyor üçün kamera tamaşaçının gözüdür.
* Məsələ "sadəcə" oynamaq və ya "içdən" oynamaq deyil, ümumiyyətlə oynamamaqdır.
* Filminizin gözəlliyi şəkillərdə (kartpostal) deyil, tapacaqları ifadə olunmazlıqda olacaq.
* Kinematoqrafiyanın gələcəyi – son qəpiyinə qədər yatıran və peşənin maddi rutininə tabe olmayan yeni gənc, tənhalardan ibarət nəsilin əlində olacaq.
* Pis şöhrətə əhəmiyyət verməyin. Dəstəkləyə bilməyəcəyiniz yaxşılardan qorxun.
* Bülbül hər zaman eyni şeyi oxuduğu üçün bu qədər gözəldir?
* Çox şeyi əllə, başla, çiyinlə ifadə etmək olar! .. Sonra nə qədər yararsız və müdaxilə edən sözlər yox olacaq! Nə qənaət!
* Bir rəsm kimi, hər zaman təravətli görünən bir film xəyal etmişdim.
* Həqiqət olmadığı üçün ictimaiyyət yalana bağlanır. Dreyerin filmindəki Mademoiselle Falconetti-nin gözlərini göyə qaldırdığı ifadə dözülməz göz yaşlarına səbəb oldu.
* Möcüzələrdən əl çəkməyin. Aya və günəşə əmr verin. Göy gurultusu və ildırım çağırın.
* Sənətçinin gözü ol. Sənətçi baxanda yaradır.
* Londonda bir dəstə zərgərlik mağazasının seyfinə girərək mirvari boyunbağıları, üzükləri, qızılları, qiymətli daşları oğurlayır. İçəridə, yaxınlıqdakı oğurluq edilən zərgərlik mağazasının seyfinin açarını tapırlar və seyfdə üçüncü zərgərlik mağazasının seyfinin açarıdır.
* Çılpaqlıqda gözəl olmayan hər şey ədəbsizdir.
* Özünüzə inanın! Dante sürgündədir, Verona küçələrində gəzir, istədiyi zaman cəhənnəmə getdiyini pıçıldayır və oradan xəbər gətirir.

1974-75

 

Tərcümə: Şahin Xəlil / Film Fiction 40