“DOGMA” manifesti


Rejissor Terrens Malik (Terrence Malick) və operator Emanuel Lubezkinin (Emmanuel Lubezki) bərabər, Malik filmləri üçün hazırladıqları “DOGMA” manifesti:

 

* Ancaq təbii işıq.
* Yüksək ISO-dan qaçmaq. Detalları kölgədə saxlamaq. Qara elə qaradır.
* Təsvirdə azadlıq hiss olunmalıdır.
* Azca “yanan” təsvir ilə maksimal ölçü.
* Dərin fokus.
* Arxadan düşən təbii işıq ilə çəkim – Backlight.
* Hər iki tərəfdən düşən işığın qarşısını almaq üçün neqativ
dolğudan istifadə edin.
* Birbaşa gün işığında çəkim ancaq ya gün çıxarkən, ya batarkən olar.
* Linzaya düşən parıltılardan (blik) qaçmaq.
* Kiçik fokus məsafəsi olan linzalarla çəkim – short focal.
* Ancaq polarizasiya filterlərindən istifadə etmək.
* Təkcə əl və ya stedikam (steadicam) vasitəsi ilə çəkim.
* Zum (zoom) olmaz.
* Bir neçə statik kadr: “in midst of our haste” *
* Dogma istisnalar qəbul edir.

 

* “in midst of our haste” – insanlarsız təbiət təsvirləridir. Bu təsvirlər nadir, cəlbedici, filmin axarına uyğun olub, filmin anlam yükünə yardım edir. Bu Terrens Malikin yaratdığı tərzdir.

 

Film Fiction 32